"Keşlə"dən ayrılan Kamran Ağayev "Neftçi"yə keçir? - SON DURUM

10:49 20 May 2019

Azərbaycan milli komandasının üzvü Kamran Ağayevin yeni klubunun adı müəyyənləşmək üzrədir. 

 

Sportarena.az xəbər verir ki, "Keşlə"dən ayrılan təcrübəli qolkiper "Neftçi" ilə danışıqlar aparır. Səlahət Ağayevin gedişinə əngəl ola bilməyən "ağ-qaralar" Ağayevlə danışıqları yekunlaşdırmaq üzrədir.  33 yaşlı qapıçı yaxın günlərdə "Neftçi" ilə münasibətlərini rəsmiləşdirə bilər.  

 

Hazırda zədəli olan Kamran Ağayevin hansı müddətdə sıraya dönəcəyi bəlli deyil. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" Kamran Ağayevi transfer etsə, onun xidmətindən qitəmiqyaslı yarışların ilk mərhələlələrində böyük ehtimalla istifadə edə bilməyəcək. 

 

Qeyd edək ki, Kamran Ağayev karyerası ərzində "Şəfa", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "Kayserispor", "Karşıyaka", "İnter" (indiki "Keşlə"), "Boavişta" (Portuqaliya) və "Mlada" (Çexiya) kimi komanalarda forma geyinib. 

 

Mənbə: Futbol11.az


Digər xəbərlər

Xəbər xətti