Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

12:21 20 May 2019

İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatı keçirilir.

 

Sportarena.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan millisi qızıl medal qazanıb.Kişilərin mübarizəsində 80 kq çəki dərəcəsində yarışan Milad Beigi Harçeqani final görüşünə çıxıb. Yarımfinalda Cənubi Koreya idmançısını məğlub edən təmsilçimiz həlledici görüşdə yunanıstanlı Apostolos Telikostogluya qalib gəlib.

 

Rəqibini 22:12 hesabı ilə üstələyən Harçeqani ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

 

Qeyd edək ki, daha öncə Fəridə Əzizova (67 kq) yığmamıza bürünc medal qazandırıb.  


Digər xəbərlər

Xəbər xətti