"Yuventus"un futbolçusu Kriştiano Ronaldo oğlunu bilmədən vurub.
Sportarena.az xəbər verir ki, hadisə İtaliya A seriyasının 37-ci turunda "Atalanta" ilə matçdan sonra çempionluq titulunun qeyd edilməsi zamanı baş verib. Portuqaliyalı hücumçu ailəsi ilə birgə poza verdiyi kuboku bilmədən oğlu Kriştianonun üzünə vurub.