“Ayntraxt” azarkeşləri biletlərini azərbaycanlı uşaqlara hədiyyə etdi

11:50 22 May 2019

 Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri azərbaycanlı fanatlara jest edib.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının yarımfinal mərhələsində “Çelsi”yə penaltilər seriyasında uduzan Frankfurt klubunun bir çox azarkeşi Bakıda keçiriləcək finala bileti daha öncədən alıb. Komandanın finala yüksələ bilməməsi alman azarkeşlərin Bakı planlarını pozub. 
 

“DW Sports” nəşrində çalışan almaniyalı jurnalist Feliks Tamsut “Twitter” hesabında “Ayntraxt” azarkeşlərinin biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışladığını yazıb.
 

“Finala bilet alanlar nə edib? Almaniyada çıxan xəbərlərə görə, təxminən 100 “Ayntraxt” fanatı biletlərini Azərbaycandakı yoxsul uşaqlara bağışlayıb”, - deyə Feliks qeyd edib.
 

Avropa Liqasının finalında İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşı-qarşıya gələcək. Mayın 29-u, Bakı Olimpiya Stadionunda keçiriləcək matç üçün biletlərin qiyməti 30-140 avroyadır.


Digər xəbərlər

Xəbər xətti