Əfsanəvi qapıçı İker Kasilyasın həyat yoldaşı Sara Karbonero ağır xəstəliyə düçar olub.
Sportarena.az xəbər verir ki, onda yumurtalıq xərçəngi aşkarlanıb. Kasilyas özü də məlumatı təsdiqləyib: “Təəssüf ki, Sarada yumurtalıq xərçəngi aşkarlandı. Bu bizim üçün ardıcıl ikinci şokdur”.
Qeyd edək ki, Kasilyas bir müddət öncə “Portu”nun məşqində infrakt keçirmişdi.