"Qəbələ"dən ayrılacağı gözlənilən Cavid Hüseynov üçün daha bir elçi var.
Sportarena.az saytının əldə etdiyi məlumata görə, əyalət təmsilçisinin kapitanı "Səbail"dən təklif alıb. Bayıl təmsilçisi hətta Cavid Hüseynova digər klublardan daha yüksək maaş vəd edib. Lakin futbolçu qərarını "Qəbələ" rəhbərliyi ilə görüşdən sonra verəcək. Onun "qırmızı-qaralar"ın heyətində qalmaq imkanı da var.
Qeyd edək ki, Cavid Hüseynova bundan öncə "Sabah" və "Zirə" də təklif göndərib.