“Bakıda azarkeşlər sanki Premyer Liqa matçı izləyəcəklər” - Eden Azar

11:20 25 May 2019

““Çelsi”də son oyunum barədə suallar verilir. Amma mən bu barədə düşünmürəm”.

 

Sportarena.az xəbər verir ki, bunu “Çelsi”nin belçikalı ulduzu Eden Azar deyib.“RMC Sport”a açıqlama verən ulduz futbolçu “Real”a transferi ilə bağlı sualı konkret cavablandırmayıb. O, bütün diqqətini Avropa Liqasının finalında "Arsenal"la keçiriləcək oyuna yönəltdiyini söyləyib: "İndi yalnız Bakıdakı finalda kuboku qazanmağı düşünürəm. Önümüzdə finala hazırlaşmaq baxımından əhəmiyyətli həftə var. Oyundan sonra gələcəyim barədə düşünəcəm”.

 
Belçika millisinin üzvü uzaq məsafə qət etmələrindən və Azərbaycanda final oynamalarından narahat deyil: “Düzdü, yol bir az uzaqdı. Amma görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq. Hər iki klub üçün final böyük andı. “Çelsi”də bu kuboku bir dəfə başım üzərinə qaldırmışam. Amma ikinci dəfə də qazanmaq istəyirəm. Oyuna heç vaxt olmadığı qədər köklənəcəyik və qalib gələcəyik. Bakıda azarkeşlər sanki Premyer Liqa matçı izləyəcəklər”.
 

28 yaşlı vinger komandaların şanslarını da dəyərləndirib: “Bir-birinə hörmət edən, əla futbolçulara malik iki komanda üz-üzə gələcək. “Arsenal”ın baş məşqçisinin Avropa Liqasını qazanmağa öyrəşdiyini bilirik. Ancaq finalda şanslar yarı-yarıya olacaq”.
 

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti