Donald Gerye də “Qarabağ”dan gedə bilər - Maaşının artırılmasını istəyir

00:12 27 May 2019

İnnosent Emeqara, Reynaldo və Yakub Jezniçakla yollarını ayıran “Qarabağ” daha bir futbolçusunu itirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu müqaviləsi başa çatan haitili müdafiəçi Donald Geryedir. Ağdam təmsilçisi futbolçunu heyətdə saxlamaq istəsə də, tərəflər razılığa gələ bilmir.

 

Daha yaxşı təkliflər alan Geryeni “Qarabağ”ın təklif etdiyi maaş qane etmir. Müdafiəçi son çempionatdan sonra maaşının artırılmasını istəyib. Lakin, ağdamlılar onun istəyini hələ ki, yerinə yetirmək niyyətində deyil. “Qarabağ” Donalda eyni maaşı təklif etdiyi üçün futbolçu digər variantlar üzərində düşünür. Belə ki, Gerye Polşa və Türkiyədən də təkliflər alıb.

 

Qeyd edək ki, onun “Qarabağ”da illik maaşı 350 min dollardır.


Digər xəbərlər

Xəbər xətti