UEFA Bakıdakı stadiona baxış keçirdi, 5 ulduz verdi

10:15 28 May 2019

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

 

Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

 

Xatırladaq ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti