“Arsenal” və "Yuventus"un sabiq futbolçusu “Qarabağ”da?

11:31 28 May 2019

Məşhur futbolçu Niklas Bendtnerin "Qarabağ”a keçidi ilə bağlı xəbərlər yayılıb.

 

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Yeni Sabah”a açıqlamasında bu məlumatlara aydınlıq gətirib:

 

"Açığı, biz də sosial şəbəkələrdə oxuduq, gördük. Amma elə bir şey yoxdu. Yalan məlumatlardı, həqiqəti əks etdirmir. Futbolçu ilə heç bir danışıq olmayıb.”

 

Qeyd edək ki, 31 yaşlı forvard 2005-2014-cü illərdə "Arsenal"a məxsus olub. O, 2006/07 mövsümündə "Birmingem", 2011/12 mövsümündə "Sanderlend", 2012/13 mövsümündə isə "Yuventus"da icarə əsasında çıxış edib. 2014-cü ildə "Volfsburq"a transfer olunan danimarkalı forvaod 2016-cı ildə "Nottingem Forest"ə keçib. O, 2017-ci ildən Norveçin "Rusenborq" klubunda top qovur. 

 

Bendtner 2006-cı ildən dəvət aldığı Danimarka millisində 81 oyun keçirərək 30 qol vurub.


Digər xəbərlər

Xəbər xətti