Almaniya Bundesliqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, Bundesliqanı 16-cı pillədə tamamlayan "Ştutqart" 2-ci Bundesliqa təmsilçisi "Yunion Berlin"lə qarşılaşıb.
"Ştutqart"ın meydanında keçirilən ilk oyunda 2:2 hesabı qeydə alınmışdı. Cavab görüşündə isə hesab açılmayıb. Beləliklə, Berlin təmsilçisi səfərdə vurduğu qollara görə Bundesliqada oynamaq hüququ qazanıb. "Ştutqart" isə gələn mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.
Qeyd edək ki, "Yunion Berlin" Bundesliqaya ilk dəfə vəsiqə qazanır.