Aleksandr Səmədov karyerasını Azərbaycanda davam etdirə bilər

15:05 28 May 2019

"Gələcəkdə Azərbaycan klublarından birində oynamağı istisna etmirəm. Milli komanda – bu, başqa əhvalatdır, klub oyunçusu kimi... Tamamilə mümkündür”.

 

Sportarena.az xəbər verir ki, bunu "Baku-Moskva”ya müsahibəsində Bakıda keçiriləcək Avropa Liqasının final matçının səfiri Aleksandr Səmədov deyib.

 

Son mövsümü Rusiyanın "Krılya Sovetov” klubunun heyətində keçirən 34 yaşlı yarımmüdafiəçi indi bu barədə danışmağın çətin olduğunu söyləyib: "Hər şey vəziyyətdən asılı olacaq. Ancaq təkrar edirəm - bu cür variant tamamilə mümkündür. Niyə də yox?”

 

Rusiya yığmasının formasını geyinən Azərbaycan əsilli futbolçu atasının Gəncədən olduğunu xatırladıb: "Atam sağ olanda ailəsi, əcdadlarımız haqqında mənə çox şey danışırdı. Ata xətti ilə əcdadlarım Gəncədəndirlər. Məsələn, atamın babası II Dünya müharibəsinin iştirakçısı olub, Budapeştə qədər gedib. Atam artıq həyatda olmasa da, qohumlarımla, xüsusilə əmimlə əlaqə saxlayıram. Qohumlarım çoxdur. Ancaq onlar Azərbaycanda yox, Rusiyada, əsasən də, Moksvada yaşayırlar. Azərbaycan mətbəxini çox sevirəm, böyük fanatıyam”.


Digər xəbərlər

Xəbər xətti