"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Elvin Məmmədovla anlaşıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, daha öncə 2016/17 mövsümündə də "qartallar"ın şərəfini qoruyan Məmmədov indiyə qədər "Turan", "Qarabağ", "Bakı", "İnter", "Qəbələ" və "Sumqayıt"da forma geyinib. Elvin həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.