Bu gün Avropa Liqasında final oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, ilk dəfə Bakıda təşkil edilən həlledici matçda İngiltərə nəhəngləri – “Çelsi” və “Arsenal” üz-üzə gəlib.London derbisi “topçular” üçün ikiqat əhəmiyyətlidi. Unay Emerinin komandası qələbə qazanmaqla həm də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə etmək niyyətindədi. “Çelsi”nin isə artıq bu turnirə yollanacağı dəqiqləşib. Ancaq Maurisio Sarrinin komandası mövsümü titulla bitirmək niyyətindədi.
Bakı Olimpiya Stadionunda keçiriləcək “Çelsi” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Avropa Liqası
Final
29 may
23:00. “Çelsi” (İngiltərə) – “Arsenal” (İngiltərə) 4:1
Qollar: Oliviye Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Eden Hazard, 65-pen. (3:0), Ayvobi, 69 (3:1), Eden Hazard, 72 (4:1)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu