Luka Modriç Bakıya gəldi

12:01 29 May 2019

2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç Bakıya gəlib.

 

Sportarena.az xəbər verir ki, Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" arasında keçiriləcək Avropa Liqasının final matçını izləyəcək.

 

Onunla yanaşı, sabiq məşhurlar - portuqaliyalı Deku və Luiş Fiqu, fransalı Rober Pires və rusiyalı Andrey Arşavin də ölkəmizin paytaxtına təşrif buyurub.

 

Qeyd edəkki, oyun saat 23:00-da başlayacaq.


Xəbər xətti