"Çelsi" kubokuna qovuşdu - FOTOLAR

01:25 30 May 2019

Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final matçının iştirakçıları - "Çelsi" və "Arsenal"ın mükafatlandırma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ardından təşkil olunan mükafatlandırmaya UEFA-nın rəhbəri Aleksander Çeferin, AFFA prezidenti Rövnəq Abdullayev və digər şəxslər qatılıb.

 

Ənənəyə uyğun olaraq, əvvəlcə matçın hakimləri xatirə medallarını alıblar. Daha sonra "Arsenal" heyəti gümüş, "Çelsi" kollektivi isə qızıl medalla təltif olunub.

 

Qeyd edək ki, final matçı "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Digər xəbərlər

Xəbər xətti