"İkinci qolu buraxandan sonra məğlubiyyət qaçılmaz oldu" - Unay Emeri

01:58 30 May 2019

"Bilirdik ki, çətin olacaq. Çalışdıq, qalib gəlmək istəyirdik. Rəqibi təbrik edirik. “Çelsi” bizdən yaxşı oynadı. İkinci qolu buraxandan sonra məğlubiyyət qaçılmaz oldu".



Sportarena.az xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının Bakıda "Çelsi" ilə keçirilən finalından (1:4)  sonra mətbuat konfransında deyib.
 

 

- Finalda məğlub olmaq normaldır. Ancaq 1:4 hesabı ilə uduzmaq komandanın mental problemlərinin göstəricisidir.

- Bəli, amma rəqibin yaxşı futbolçuları var. Bilirdik ki, çətin olacaq. Azarkeşlərə demək istəyirəm ki, yolun başlanğıcındayıq. Hədəfimizə yaxın idik. Xüsusilə də Premyer Liqada. Bəzi hədəflərimizə çatsaq da, məyusuq. Ancaq müəyyən mənada irəli addım atdıq.

- Çempionlar Liqasına vəsiqə şansınızı itirdiniz. Bu, sizin transfer siyasətinizə mənfi təsir edə bilər?

- “Arsenal” böyük klubdur. Bir çox futbolçu burada oynamaq istəyir. Biz komanda kimi rəqabətə davamlı olmağa çalışırdıq. Hələlik hədəfimizə tam çata bilməmişik. Ancaq bu fikir bizdə qalır. Klub işləyir, inkişaf etməyə çalışır. Heyətimizdə kifayət qədər gənc oyunçu var. Bu final onların ilk təcrübəsi idi. Düşünürəm ki, onların gələcəyi daha yaxşı olacaq.

- Biz çox oyuçunun "Arsenal"la müqaviləsi başa çatır. Onların taleyi necə olacaq?

- Bu barədə danışmağın mənası yoxdur. Biz əvvəlcə futbolçularla söhbət etəməliyik. Ötən mövsüm komandaya gələn gənc oyunçularla yola davam etməliyik. İşimizlə fəxr edirəm. Hədəfimizə çatmaq üçün futbolçularımız əllərindən gələni etdilər. Məncə, komanda bu heyətlə daha yaxşı ola bilər. 

- Növbəti addımı atmaq üçün “Arsenal”da nələr dəyişilməlidir?

- Bizim yaxşı futbolçularımız var. Onlar təcrübəlidirlər. Ona görə də ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdilər. Bəlkə də yeni futbolçular da aldıq.   


Xəbər xətti