Bakıda Avropa Liqasının final matçında “Arsenal”a darmadağınla qalib gələn “Çelsi”nin futbolçuları qələbələrini böyük coşqu ilə qeyd ediblər.
Sportarena.az xəbər verir ki, “zadəganlar”ın rəsmi TV kanalında yayımlanan görüntülərdə İngiltərə komandasının geyinmə-soyunma otağında qələbəni pivə içərək qeyd etdiyi görünür.
Ən maraqlısı isə 32 yaşlı fransalı forvard Olivye Jirunun pivəni kuboka tökdürərək içməsi olub.