Azərbaycan millisinin üzvü Ramil Şeydayevin oynadığı “Krılya Sovetov” gələn mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Samara təmsilçisi səfərdə “Nijni Novqorod”la qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.Start heyətdə meydana çıxan 23 yaşlı hücumçu sona qədər oynayıb.
Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 2-də keçiriləcək.