"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubdan ayrılmağa qərar verib.
Sportarena.az xəbər verir ki, 24 yaşlı hücumçu üçün "Səbail" rəsmi təklif göndərib. "Ağ-qaralar" Abbasovu satmaq fikrində olmasa da, futbolçu ayrılmaq istəyib.
Klub rəhbərliyi komandadan getmək istəyən futbolçunu saxlamağın faydası olmadığını düşünüb. "Səbail" Abbasovun 100 min manatlıq sərbəst qalma dəyərini ödəməyə razı olub. Onunla 3 illik müqavilə imzalanacaq.
Mirabdulla Abbasov başa çatan mövsüm Premyer Liqada 28 oyuna 7 qol vurub, 5 assist edib.