Azərbaycan gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyandan Sportarena.az-a verilən məlumata görə, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.