İcraiyyə Komitəsi Premyer Liqa ilə bağlı qərar verəcək

12:49 3 İyun 2019

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, toplantı “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Bazasında gerçəkləşəcək.Saat 18:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Birinci Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı olacaq. Məhz bu gün növbəti mövsüm Azərbaycan Premyer Liqasında iştirak edəcək komandaların sayı müəyyənləşə bilər.

 

Gündəliyin ikinci məsələsi isə "Digər məsələlər" olacaq.


Digər xəbərlər

Xəbər xətti