UEFA Millətlər Liqasında ilk dəfə Video-Köməkçi Hakim (VAR) texnologiyasından istifadə ediləcək.
Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.Xəbərə görə, bu, iyunun 5-də start götürəcək final mərhələsinə təsadüf edəcək.
UEFA Hakimlər Komitəsinin rəsmisi Roberto Rozetti sistemin necə işlədiyi barədə finala yüksələn milli komandaların baş məşqçilərinə ətraflı məlumat verib.