“Sabah"ın üzvləri Madriddən kubokla qayıtdı

16:31 3 İyun 2019

İspaniyanın paytaxtı Madriddə baş tutan "Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən "Sabah"ın üzvləri Vətənə kubokla dönüblər.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

 

Xatırladaq ki, qapıçı Ayxan Əlizadənin çıxış etdiyi "Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. Digər futbolçuldan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.

 

Məşqçi Samir Əbdürəhmanov "Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

 

Məşqçi və futbolçular iyunun 1-də, Madridin "Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.



Digər xəbərlər

Xəbər xətti