Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışında mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə edib.
Azərbaycan Cüdo Federasiyasından Sportarena.az-a verilən məlumata görə, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.
Qeyd edək ki, 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.