“Səbail”dən ayrılıb “Sabah”a keçdi

10:16 9 İyun 2019

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra bakılıların uğurları üçün çalışacaq.

 

"Səbail"dən ayrılan 26 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Truyden”, Bolqarıstanın MOİK (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba son mövsümdə “Səbail”də çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti