“Bu, elə də böyük qələbə deyil” - Şenol Günəş

12:15 9 İyun 2019

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Avro-2020”-nin seçmə mərhələsində H qrupu üzrə Fransa yığmasına 2:0 hesabı ilə qalib gəlmələrini şərh edib.

 

Sportarena.az “Habertürk”ə istinadən xəbər verir ki, o, sözügedən qələbəni elə də böyük saymayıb. “Biz yaxşı matç keçirdik. Qalib gəldik, amma bizi qarşıda İrlandiya ilə görüş gözləyir. Keçmiş oyun haqda çox danışmaq olar, amma gəlin xəyallar dünyasında yaşamayaq. Biz bütöv bir komanda idik, azarkeşlər də möhtəşəm idi. Bizim ümidimiz var idi və şadıq ki, hər şey alındı. Fransa elə Fransadır. Bu qələbəyə dünya çempionunu məğlub etdiyimiz kimi baxmırıq. Biz qrup üzrə rəqibimizə qalib gəlmişik. Bu, elə də böyük qələbə deyil”, - deyə Günəş bildirib.

 

Qeyd edək ki, Türkiyə millisi 9 xal yığaraq, H qrupunda birinci yerə yüksəlib. Fransa isə 6 xalla ikinci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti