“Qarabağ” futbolçusu Miçellə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, müqaviləsi başa çatan ispaniyalı yarımmüdafiəçi daha iki il bu komandanın formasını geyinəcək.Miçel geridə qalan mövsümdə ümumilikdə 36 oyunda meydanda olub, səkkiz qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
2015-ci ildən Ağdam komandasında çıxış edən Miçel 144 oyunda 29 qolla yadda qalıb, dörd dəfə Premyer Liqa, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, “Qarabağ” bir müddət əvvəl kapitanı Rəşad Sadıqov və Qara Qarayevlə də müqavilə yeniləyib.