“Bu, Fransa millisinə sillə idi” - Didye Deşam

13:45 9 İyun 2019

Fransa millisinin baş məşqçisi Didye Deşam “Avro-2020”-nin seçmə mərhələsində H qrupu üzrə Türkiyə yığmasına 2:0 hesabı ilə məğlub olmalarını şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, sözügedən məğlubiyyəti rəqib komanda tərəfindən onlara vurulan "sillə" kimi qəbul edib. 

 

“Bütün komanda bu səviyyədə oyun göstərəndə, matçdan da müsbət heç nə əldə etmək olmur. Biz, matçda öz oyununu göstərən komanda ilə, etməli olduğumuzu edə bilmədik. Çempion olub-olmamaqdan aslı olmayaraq, yüksək səviyyəli oyun göstərmək lazımdır. Bu, bizim üçün sillə idi. Başqa deyəcək sözüm yoxdur. Türkiyə millisini təbrik edirik. Biz öz kökümüzə qayıtmalıyıq”, - deyə Deşam bildirib.

 

Qeyd edək ki, Türkiyə millisi 9 xal yığaraq, H qrupunda birinci yerə yüksəlib. Fransa isə 6 xalla ikinci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti