İdmançımız ermənini darmadağın etdi

14:00 11 İyun 2019

Rusiyanın paytaxtı Moskvada kikboksinqin K1 növü üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib.

 

Sportarena.az xəbər verir ki, yarışda Azərbaycanı Ramazan Abdullayev təmsil edib.57 kq çəki dərəcəsində çıxış edən idmançımız erməni David Qriqoryanla qarşılaşıb. Döyüşün bütün raundlarında rəqibindən üstün olan R. Abdullayev 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

 

R.Abdullayev açıqlamasında erməni rəqibi üzərində qələbə çaldığına görə çox sevindiyini, xarici ölkədə Azərbaycanın üçrəngli bayrağını qaldırması ilə fəxr etdiyini bildirib:

 

“3-0 hesabı ilə döyüşdə qələbə qazandım. Bir azərbaycanlı kimi özümə borc bilirdim ki, bu döyüşdə erməniyə qalib gəlimvə üçrəngli bayrağımızı ucalara qaldırım”.


Digər xəbərlər

Xəbər xətti