"Keşlə"də yeni müqavilə qeydə alınıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu müdafiəçisi Cabir Əmirli ilə müqavilə müddətini uzadıb. 22 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, "Keşlə" daha öncə Slavik Alxasov və Azər Salahlı ilə müqaviləni uzatmışdı.