“Belə nəticəni gözləmirdik” - Marek Hamşik

12:42 12 İyun 2019

Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarınıı savablandırıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib:

 

- Görüşlə bağlı nə deyəcəksən?

- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.

 

- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?

- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.

 

- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?

- Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq. (Qol.az)


Digər xəbərlər

Xəbər xətti