Fransa futbolunun əfsanələrindən olan David Trezege Rusiya mətbuatına müsahibə verib.
Sportarena.az xəbər verir ki, AVRO-2020-nin final mərhələsindən də danışan sabiq “Yuventus”lu bu turnirin 4 matçının Bakıda keçiriləcəyi ilə bağlı sualı da cavablandırıb.
O, “Çelsi” ilə “Arsenal”ın iştirakı ilə paytaxtımızda baş tutan Avropa Liqasının final matçının Bakıya təcrübə qazandırdığını bildirib:
“Bakı üzərində çox tənqidlər var idi. Amma mən hesab edirəm ki, Bakı Olimpiya Stadiuonu gözəl və futbol üçün uyğun yerdir. Avropa Liqası finalı Azərbaycan paytaxtı üçün təcrübə idi. Hər finalda problemlər olur. Nadir hallarda başlanğıc ideal alınır. Lakin Avropa Liqası finalındakı təşkilatçılıq onlara AÇ-2020-i oyunlarını yaxşı təşkil etməyə kömək olacaq”.