“Səbail”in qapıçısı Aleksandr Rıbkanın “youtube” kanalındakı “Bombardir” verilişində müsahibəsi yayımlanıb.
Sportarena.az xəbər verir ki, 32 yaşlı qapıçı, müsahibəsində Azərbaycan futbolu haqda da danışıb:
“Azərbaycanda hər şey var, ancaq futbola çox az adam gedir. Oyunlara 1000 nəfər tamaşaçı gəlir və bu, Ukrayna ilə müqayisədə azdı. Azərbaycanda futbola xüsusi sevgi yoxdu.Bütün liqa oyunları Qəbələ istisna olmaqla, demək olar ki, bir şəhərdə keçirilir. Düzdü, Sumqayıtda da komanda var, ancaq ora Bakıdan 30-40 km aralıdadı və maşınla yarım saata çatmaq olar”.
Rıbka 2019-cu ilin yanvarından “Səbail”də çıxış edir.