“Sivasspor”un baş məşqçisi Rza Çalımbayla 34 illik həyat yoldaşı Leyla Çalımbay boşanıb.
Sportarena.az xəbər verir ki, cütlüyün boşanmasına səbəb baş məşqçinin həddindən artıq futbola bağlı olmasıdır. Belə ki, Leyla Çalımbay ətrafına “Rzanı çox sevirəm, amma işini çox sevir. Onun üçün varsa-yoxsa futboldur. Mən də onun daha rahat olması üçün boşanmaqərarı verdim” deyib.
Tərəflər məhkəmədə bir-birinə qarşı hər hansı maddi tələb irəli sürməyib. Qeyd edək ki, boşanma qərarı futbolçunun xanımı tərəfindən irəli sürüb. Rza Çalımbay da onun bu qərarına hörmətlə yanaşıb.