Bakının "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi argentinalı Franko Valentin Floreslə danışıqları müsbət yekunlaşdırıb. 26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
O, son mövsümü Cənubi Kiprin "Alki" klubunda oynayıb. Bu komandanın heyətində 28 oyuna çıxaraq 2 qol vurub. Flores əvvəllər Argentinanın "Argentinos Xuniors", "Duqlas Hayq", "Braun de Adrogue", İspaniyanın "Lleyda Esportiu" və Meksikanın "Çiapas" klublarında çıxış edib.