UEFA “Neftçi” – “Speranta” matçının yerini dəyişdi

13:18 19 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsində keçirilməli olan “Neftçi” – “Speranta” matçının yeri dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, komandalar arasında ilk oyun Bakıda deyil, Moldovada baş tutacaq.Buna səbəb Moldovanın 2 klubu - “Speranta” və “Petrokuba”nın Avroliqadakı ev oyunlarını eyni arenada - Kişinyovdakı “Zimbru” stadionunda keçirməsidir. Eyni gündə hansısa stadionda 2 avrokubok matçının keçirilməsi qeyri-mümkün olduğundan, iyulun 11-də “Neftçi” səfərdə meydana çıxmalı olacaq.

 

Qeyd edək ki, cavab görüşü iyulun 18-də “Bakcell Arena”da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti