“Qarabağ” yenidən “Şerif”lə qarşılaşa bilər

16:16 19 İyun 2019

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

 

Sportarena.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) - “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.


Digər xəbərlər

Xəbər xətti