"Kəpəz”in baş məşqçisi istefa verdi

16:30 19 İyun 2019

"Kəpəz”in baş məşqçisi istefa verib.

 

Sportarena.az xəbər verir ki, Etibar İbrahimov tutduğu postu tərk edib.

 

Ötən mövsüm komandaya rəhbərlik edən çalışdırıcının bu addımının səbəbi klubun yiyəsiz qalmasıdı. Yarım ildən çoxdu Gəncə təmsilçisinin rəhbərliyi istefa verib, onların yerinə isə heç kim seçilməyib. AFFA maliyyələşdirdiyi kluba yeni Müşahidə Şurası təyin etsə də, onlar işə başlamayıb.

 

Belə ki, şura sədri İslam Abbasov vəzifədən imtina edib, üzvlərdən Vaqif Sadıqov isə qorxusundan Gəncəyə ayaq basmayıb. Belə xaotik durumda "Kəpəz”in yeni mövsümə başlaması sual doğururdu. İbrahimov da vəziyyətin dözülməz olduğunu, komandayla heç kimin maraqlanmadığını görüncə istefa qərarına gəlib.


Digər xəbərlər

Xəbər xətti