“Komandada ilk günüm xoş keçdi. Hər şeydən razı qaldım”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Partizani”nin baş məşqçisi Franko Lerda deyib.Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Albaniya çempionu yeni baş məşqçinin rəhbərliyi altında Sloveniyada ilk məşqini keçirib.
Məşqdən sonra yerli mətbuata danışan italiyalı mütəxəssis uğurlu starta inandığını söyləyib: “İnkişaf etmək, böyümək istəyən və məni gözəl işlər görəcəyimizə inandıran kollektiv gördüm. Çempionlar Liqasında rəqibin adına, hansısa komandanın düşməsinə və ya düşməməsinə önəm vermirəm. Onsuz da, hər dəfə püşkatmadan sonra müzakirələr olur. Mənim üçün əsas odu ki, rəqib önünə ən yaxşı formada çıxaq və yalnız özümüz haqda düşünək. Komandanı mərhələ adlamağa inam məsələsində psixoloji cəhətdən yaxşı vəziyyətdə gördüm. Avropa arenasında asan oyun olmur. Şəxsən mən komandama güvənirəm”.