"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubuyla və II mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu "Dalğa Arena"da keçirəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycanda keçirilməsidir.
Bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.