"Sperantsa" - "Neftçi" oyununun başlama saatı məlum oldu

16:20 24 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Sperantsa" (Moldova) - "Neftçi" matçının vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Komandaların cavab oyunu bir həftə sonra Bakıda reallaşacaq.

 

Cütün qalibi II təsnifat mərhələsində Rusiyanın "Arsenal" (Tula) klubu ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti