Azərbaycanın daha bir cüdoçusu Belarusun paytaxı Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.
Sportarena.az xəbər verir ki, bu dəfə 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov bürünc medal qazanıb. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçə ipponla qalib gəlib.
Qeyd edək ki, daha öncə Rüstəm Orucov (73 kq) gümüş, Məmmədəli Mehdiyev (90 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.