Minskdə keçirilən 2-ci Avropa Oyunlarında sambo yarışlarında erməni idmançı üzərində qələbə qazanan Mehman Xəlilov sevincini ağlayaraq qeyd edib.
Sportarena.az xəbər verir ki, o, Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğratdıqdan sonra gözləri dolub. Bu görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və minlərlə baxış toplayıb.