"Qəbələ"dən daha bir futbolçu ayrılıb.
Sportarena.az xəbər verir ki,Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə "qırmızı-qaralar"ı tərk edib.22 yaşlı mərkəz müdafiəçisinin xarici və yerli klublardan təklifləri var. Bəhlul karyerasını Azərbaycanda davam etdirmək fikrindədir. Onunla müqavilə imzalayacaq klub "Qəbələ"yə yetişdirmə haqqı ödəməlidir.
Qeyd edək ki, Bəhlul Mustafazadə "Qəbələ"nin yetirməsidir. O, ötən mövsüm 28 oyuna 1 qol vurub.