Hakerlər futbolçunun İnstaqram hesabını “sındırdı”

11:19 28 İyun 2019

Rusiya yığmasının və “Spartak” futbol klubunun müdafiəçisi İlya Kutepov sosial şəbəkədə üzləşdiyi problem haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.Kutepov sözlərinə görə, onun İnstaqram hesabı hakerlər tərəfindən “sındırılıb”.

 

“Təəssüflər olsun ki, mənim İnstaqram hesabımı “sındırıblar”. Hesabımdan gələn və ya gələcək bütün məlumatlar məndən yox, hakerlərlərdən olacaq. Hələki mən bu sosial şəbəkədə yoxam, amma biz bunun üzərində iş aparırıq”, - deyə 25 yaşlı futbolçu bildirib.  


Digər xəbərlər

Xəbər xətti