Azərbaycan cüdoçuları Minskdən Vətənə qayıtdılar - FOTOLAR

09:29 28 İyun 2019

"Minsk 2019" II Avropa Oyunlarında çıxışlarını başa vuran Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, onları hava limanında federasiya rəsmiləri, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

 

Cüdoçular Oyunlarda 5 medal qazanıblar. Rüstəm Orucov (73 kq) gümüş, Hidayət Heydərdov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal əldə edib.



Digər xəbərlər

Xəbər xətti