Avropa Liqasında 2019/20 mövsümünə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 7 qarşılaşma baş tutub.
Azərbaycan Kubokunun qalibi "Qəbələ”nin potensial rəqiblərinin matçında bir qol vurulub. Andorra təmsilçisi "Enqordani” səfərdə San-Marinonun "La Fiorita” komandasına qalib gəlib - 1:0. Bu cütdə qələbə qazanan klub I təsnifat mərhələsində Gürcüstan "Dinamo”su (Tbilisi), həmin matçların qalibi isə növbəti raundda "Qəbələ” ilə görüşəcək.
Qeyd edək ki, cavab oyunları iyulun 4-də baş tutacaq.
Avropa Liqası
İlkin mərhələ
İlk oyunlar
27 iyun
Progres (Lüksemburq) - Kardiff MU (Uels) 1:0
La Fiorita (San-Marino) - Enqordani (Andorra) 0:1
Sent Culiya (Andorra) - Europa (Cəbəllütariq) 3:2
Ballumena (Şimali İrlandiya) - NSİ (Farer adaları) 2:0
Priştina (Kosovo) - Sent Josefs (Cəbəllütariq) 1:1
Klaksvik (Farer adaları) - Tre Fiori (San-Marino) 5:1
Barri Taun (Uels) - Kliftonvill (Şimali İrlandiya) 0:0