İtaliyanın “Milan” klubu Avropa Liqasından kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar qəbul edib.Buna isə klubun maliyyə “fair-play”ini pozması səbəb olub. CAS-ın qərarına əsasən, “Milan” 2019/20 mövsümündə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub UEFA ilə mübahisəli məsələləri yoluna qoymalıdır.
Qeyd edək ki, “Milan” Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək, “Torino” isə təsnifat mərhələsində oynayacaq.