"Pis oyun alınmadı. Bu matçda daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.
Klubun saytına danışan 47 yaşlı mütəxəssis daha sonra bildirib: "Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".